Qarabağdan Rusiyaya sülhməramlıların hərbi texnika və silahlarının göndərilməsi, şəxsi heyətin rotasiyası başa çatıb, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bütün avadanlıqlar təmir və texniki xidmət üçün istifadə olunacaq.
Müdafiə Nazirliyindən verilən məıumata görə , sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, eləcə də planlı təmir üçün Rusiya Federasiyasına silah və hərbi texnikanın göndərilməsi başa çatıb.
Nazirlik aydınlaşdırıb ki, sülhməramlılar Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisində tapşırıqları yerinə yetirməkdə davam edirlər. Bura mülki şəxslərlə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara riayət olunmasının təmin edilməsi üçün Bakı ilə davamlı qarşılıqlı əlaqənin saxlanması daxildir.
Oktyabrın sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına kömək etməyə hazırdır. O qeyd edib ki, delimitasiya üçün Moskvanın sərəncamında olan SSRİ dövründən qalmış xəritələrdən istifadə etmək lazımdır.