Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın “Oreşnik” kompleksi 2025-ci ilin ikinci yarısında Belarusda yerləşdirilə bilər.
“Oreşnik kimi, açıq desək, nəhəng silahların Belarus ərazisində yerləşdirilməsinin mümkünlüyünə gəlincə: biz bu gün bütün mövcud qüvvə və vasitələrdən istifadə etməklə təhlükəsizlik zəmanətləri haqqında saziş imzaladığımız üçün mən “Oreşnik” kimi komplekslərin Belarus ərazisində yerləşdirilməsini hesab edirəm”, – Rusiya dövlətinin başçısı İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının yekununda bildirib.
Onun sözlərinə görə, bu, gələn ilin ikinci yarısında Rusiyada sistemlərin seriyalı istehsalının artması və bu raket sistemlərinin Rusiya Strateji Qüvvələrində xidmətə girməsi ilə mümkün olacaq. (Tass )