May 14, 2025-11:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rusiya Prezidentinin Azərbaycana səfəri iki ölkə münasibətlərinin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir – ŞƏRH

2024:08:20 - 17:55
in SİYASƏT
A A

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana ikigünlük dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Rusiya dövlət başçısının Prezident İlham Əliyevlə görüşü, mətbuata birgə bəyanatlar, qəbul edilən sənədlər iki ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov səsləndirib.

X.Bəşirov bildirib ki, Azərbaycanı Rusiyanı birləşdirən bir sıra məqamlar var. Hər iki ölkə Sovet İttifaqının tərkib hissəsi olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müstəqil siyasət yürütməsi və milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı Rusiyadan da yan keçməyib. Politoloq, eyni zamanda, qeyd edib ki, Azərbaycanın həm Qərblə, həm də qonşu ölkələrlə, o cümlədən Rusiya ilə yaxşı əlaqələri mövcuddur. Ölkəmiz həm BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq platformalarda fəal iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq əlaqələrinə malikdir.

Azərbaycanın Rusiya ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayan politoloq deyib: “Sonrakı mərhələdə hər iki tərəfdən düzgün siyasətin aparılması nəticəsində münasibətlərimiz daha da genişlənib. Hələ 1997-ci ilin iyulunda ölkələrimiz arasında qarşılıqlı dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müqavilə imzalanıb. Müxtəlif illərdə ikitərəfli qaydada müxtəlif sənədlər qəbul olunub. 2018-ci il sentyabrın 2-də Azərbaycan və Rusiya prezidentləri bəyanat imzaladılar. Təbii ki, bu prosesdən sonra İkinci Qarabağ müharibəsinin bir növ başlaması üçün Ermənistan əlindən gələni əsirgəmədi və “Qarabağ Azərbaycandır və nöqtə” deyən bu ölkənin baş naziri Nikol Paşinyana Prezident İlham Əliyev məhz Rusiyanın ev sahibliyi etdiyi Valday platforması vasitəsilə “Qarabağ Azərbaycandır və nida!” bəyanatı ilə cavab verdi. Azərbaycan öz Zəfəri ilə Cənubi Qafqazda söz sahibi olduğunu bəyan etdi, Qələbəsini hamıya göstərdi”.

Onun sözlərinə görə, Vətən müharibəsində Azərbaycanın Zəfərini hamıdan əvvəl qəbul edən təbii ki, Rusiya oldu. BMT Təhlükəsizlik Şurasının üzvü və Cənubi Qafqazda Azərbaycanla böyük sərhədə malik Rusiya İkinci Qarabağ müharibəsinin nəticələrində marağı olan dövlətdir.

Politoloq qeyd edib ki, Vətən müharibəsində düzgün siyasətin, məntiqi diplomatiyanın nəticəsi olaraq artıq Rusiyanı Ermənistanın yanında görmədik və Şimal qonşumuz bu mövzuda ədalətli mövqe nümayiş etdirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi, dominant mövqeyə malik olduğunu bir da sübuta yetirdi. Müharibənin başa çatması ilə bağlı bəyanat da Rusiyanın iştirakı ilə imzalandı. Üçtərəfli qaydada bağlanmış razılaşma əsasında Rusiya da üzərinə bir sıra öhdəliklər götürdü. Bunlardan biri də Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi idi. Təbii ki, 2022-ci il 22 fevral tarixli Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannaməni də unutmaq olmaz. Azərbaycan-Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasını özündə əks etdirən və 43 bənddən ibarət olan bu sənəddə qarşılıqlı əməkdaşlıq məsələləri öz əksini tapır. Bəyannamənin 29-cu və 30-cu bəndlərində yer alan Şimal-Cənub dəhlizi, nəqliyyat, iqtisadiyyatla bağlı kommunikasiya əlaqələri hazırda hər iki ölkə üçün prioritet məsələlərdəndir.

X.Bəşirov vurğulayıb ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafı müttəfiqliklə bağlı bəyannamənin məntiqi nəticəsidir. Rusiya sülhməramlılarının da vaxtından əvvəl bölgədən çıxarılması iki ölkə arasında etimada və qarşılıqlı əməkdaşlığa söykənir. Biz Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq qura bilmişik və Şimal qonşumuz bu mövqeni bizimlə bölüşür.

“Rusiya Prezidentinin Azərbaycana səfəri Ermənistanın və onu dəstəkləyən ölkələrin mətbuatında fərqli formada ictimaiyyətə çatdırılır. Təbii ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin gərginləşməsində marağı olan ermənipərəst qüvvələr var və onların əsas niyyəti bəllidir. Azərbaycan onun suveren hüquqlarını və ərazi bütövlüyünü qəbul edən ölkələrlə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Rusiya ilə münasibətlərdə Şimal-Cənub dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, burada enerji, təhlükəsizlik, humanitar məsələlər də mühümdür.

Ümidvarıq ki, Vladimir Putinin ölkəmizə səfəri Cənubi Qafqazda formalaşan yeni reallıqların, siyasi sabitliyin, təhlükəsizliyin təmin olunmasına, sülh prosesinin sürətlənməsinə öz töhfəsini verəcək”, – deyə Xəyal Bəşirov bildirib.

Qoşulmama Hərəkatının fəal üzvü olan Azərbaycanın hərbi-siyasi platformalara qoşulmadığını qeyd edən politoloq ölkəmizin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərinin olduğunu, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllində onun imkanlarından istifadə oluna biləcəyini də diqqətə çatdırıb.

Əvvəlki Yazı

Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib

Növbəti Yazı

Rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.