Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonu Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırıb.
ABŞ administrasiyasının rəsmilərinin Rusiyanın guya Ermənistanın təhlükəsizlik tərəfdaşı kimi etibarsızlığı ilə bağlı bəyanatlarına münasibət bildirmək üçün KİV-in sorğusuna cavab olaraq, səfir bildirib ki, yerli məmurların bu cür eyhamları hədsizdir.
Rusiyalı diplomat qeyd edib ki, Birləşmiş Ştatlar öz hərəkətləri ilə təsdiq edir ki, Birləşmiş Ştatlar və onun müttəfiqlərinin vəzifəsi Cənubi Qafqazın vəziyyətini normallaşdırmaq və sülh yolu ilə inkişaf etdirmək deyil, Rusiyaya strateji ziyan vurmaqdır.
Diplomatik nümayəndəliyin rəhbəri əlavə edib ki, Rusiya “Ermənistanın sadiq müttəfiqi olub və qalır”. (Tass)