Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi çağırıb. Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə məlumat verib.
“Xarici işlər naziri [Annalena Berbok] Brüsseldəki görüşdən əvvəl bir daha Aleksey Navalnının ölümünə münasibət bildirib. Və sizə bildirmək istəyirəm ki, federal hökumət, Xarici İşlər Nazirliyi bu gün Rusiya səfirini çağırır” deyib.