Cənubi Afrikanın İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldırmağa əsasları var. Bu fikri Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin LBC radiostansiyasına müsahibəsində bildirib.
“İsrailin indi məqsədi [yerli əhalini] köçürməkdir. Hesab edirəm ki, Cənubi Afrikanın bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldırmağa əsasları var”, – səfir bildirib. Kelin, “Fələstinliləri sonsuza qədər belə saxlaya bilməzsiniz, onlara bir dövlət verməlisən, bu, nə İsrailin, nə də ABŞ-ın etmək istəmədiyi şeydir” deyib.
Aparıcının müvafiq sualına cavabında Kelin bildirib ki, Ukraynada baş verənləri Qəzza zolağında baş verənlərlə müqayisə etmək olmaz. “Biz heç vaxt Qəzza zolağında baş verən kimi əhalini şəhərlərdən qovmağa cəhd etməmişik.
Səfir Rusiyanın “terrorçuluq fəaliyyəti ilə bağlı hər şeyə nifrət etdiyini” vurğulayıb, lakin əlavə edib ki, Moskva “İsrailin indi Qəzza zolağında etdiklərini dəstəkləmir”. “Biz bunu qətiyyən dəstəkləmirik və Qəzza zolağındakı zorakılığı atəşkəs kimi deyil, əbədi olaraq dayandırmağa çağırırıq. Və iki dövlətli həlli təmin edən danışıqlar aparılmalıdır”, – Kelin deyib. (Tass)