Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Birinci Kanalda Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı verilişin yayımlanması ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, İrəvan hesab edir ki, oktyabrın 23-də dərc olunmuş sayında “yüksək rütbəli Ermənistan rəsmilərinə ünvanlanmış təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar” yer alıb.
“Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, – deyə məlumatda bildirilir. (Tass)