Qarabağda tapşırıqları yerinə yetirən rusiyalı sülhməramlılar Rusiya Müdafiə Nazirliyinin idarə mükafatları və fərqlənmə nişanları ilə təltif ediliblər. Mükafatlandırma mərasimini Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-mayor Kirill Kulakov aparıb.
“Dövlətimizin sülhməramlı kontingent qarşısında qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsini – insanların öz evlərinə, torpaqlarına qayıtması, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün şərait yaradılmasını arzulayıram”, – deyə general bildirib.
Müdafiə Nazirliyi qeyd edib ki, sülhməramlılar Qarabağdakı vəziyyətə gecə-gündüz nəzarət edirlər. Onların vəzifəsi qan tökülməsinin qarşısını almaq, təhlükəsizliyi təmin etmək və mülki əhaliyə münasibətdə humanitar qanunlara riayət etməkdir.
Departamentdən onu da qeyd ediblər ki, Rusiya sülhməramlıları Qarabağ ərazisindən çıxan mülki şəxsləri daşıyan avtomobillərin Laçın dəhlizindən təhlükəsiz keçməsini təmin edir. (Nevs.ru)