Rusiya və ABŞ ikitərəfli təmasları davam etdirmək üçün Moskva və Vaşinqtondakı səfirliklərindəki diplomatik personalın əvvəlki sayını bərpa etmək barədə razılığa gəliblər.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra bildirib.
Associated Press (AP) Rubionun sözlərindən sitat gətirir: “Bu təmasları davam etdirmək üçün normal fəaliyyət göstərə bilən aktiv diplomatik nümayəndəliyə ehtiyacımız olacaq.