Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təklif etdiyi Yaxın Şərq qətnamə layihəsinə veto qoyub. Bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Sənədin lehinə 10 ölkə, Rusiya Federasiyası, Çin və BƏƏ əleyhinə səs verib, 2 ölkə isə bitərəf qalıb.Sənəddə Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumu pislənilir, girovların azad edilməsinə çağırış və beynəlxalq tələblərə əməl olunması yer alır. O, atəşkəsə çağırmır, lakin ölkələrin özünümüdafiə hüququnu tanıyır.
Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya çərşənbə axşamı bildirib ki, sənəddə müharibə edən tərəflər arasında dərhal və qeyd-şərtsiz atəşkəs tələb olunmadığı üçün Rusiya Federasiyası ABŞ-ın qətnaməsini dəstəkləməyəcək və onda heç bir məna görmür. (Tass)