Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç Fələstin-İsrail münaqişəsinin həlli üçün Moskva və Ankaranın səylərinin əlaqələndirilməsinin vacibliyini müzakirə ediblər.
“Söhbət zamanı Yaxın Şərqdə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb, Fələstin-İsrail münaqişəsinin həlli maraqları naminə Rusiya və Türkiyənin səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb”, – deyə məlumatda bildirilir.
Diplomatik departament həmçinin qeyd edib ki, tərəflər Moskva və Ankaranın Suriya böhranının, o cümlədən Astana formatı çərçivəsində həllinin asanlaşdırılması üçün gələcək işlərə sadiq olduqlarını təsdiqləyiblər. (Tass)