Fələstin prezidenti Mahmud Abbasın Rusiyaya gözlənilən səfəri zamanı Yaxın Şərq böhranı və Fələstin problemi müzakirə olunacaq. Bunu jurnalistlərə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.
“Onun [Fələstin Prezidentinin] səfərə gəlməsi ilə bağlı razılığımız var. Mövzu Yaxın Şərq böhranı, Fələstin problemi olacaq” deyib. “Bizim üçün, bütün beynəlxalq ictimaiyyət və dünya üçün o, Fələstin dövlətinin başçısı, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin sədridir”.
Bundan əvvəl Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Abbasın Rusiya Federasiyasına səfəri razılaşdırılıb və “kifayət qədər yaxın gələcəkdə” baş tutacaq. (Tass)