Rusiya tərəfi təəssüf edir ki, Ermənistan hakimiyyəti yanvarın 1-də İrəvanda neonasistlərin yürüşünə lazımi cavab vermədi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz bu kadrları gördük və bir qrup faşist gəncin yanvarın 1-də İrəvanın mərkəzində baş vermiş yürüşlərindən çox narahat olduq.Ermənistan hüquq-mühafizə orqanlarının heç bir şəkildə bu aksiyanın qarşısını almamasına, əlbəttə ki, təəccüblənirik” deyə o bildirib.
Zaxarova medianın qarşısında kamera qarşısında gənclərin nasist salamı ilə əllərini qaldırdığını müşahidə edib. Rusiya tərəfi nasizmin istənilən təzahürünün qarşısının alınmasının zəruriliyinə əmindir, – XİN-in rəsmi nümayəndəsi əlavə edib. (Tass)