Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir sıra erməni siyasətçilərin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda öz öhdəliklərini yerinə yetirməməsi və əhaliyə qarşı etnik təmizləməyə yol verməsi barədə bəyanatlarına münasibət bildirib.
Brifinqdə çıxış edən Zaxarova bu bəyanatları özünü məsuliyyətdən azad etmək üçün faktlarla manipulyasiya etmək cəhdinə bənzər dağıdıcı adlandırıb.
“Biz bu bəyanatları görürük, onları dağıdıcı və ən əsası həqiqətə uyğun olmayan hesab edirik. Qəribədir ki, onlar davam edir, biz Ermənistan XİN-dəki həmkarlarımızla məxfi, sıx dialoq qurmuşuq”, – Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi bu bəyanatlarla bağlı öz mövqeyini dəfələrlə izah edərək bildirib ki, bu bəyanatlar yalnız ikitərəfli münasibətlərə yeni problemlər gətirir və əlbəttə ki, heç nəyə – nə ikitərəfli gündəliyin gücləndirilməsinə, nə də regional problemlərin həllinə töhfə vermir.
O, bunun Ermənistanda və ya xaricdə kiməsə faydalı ola biləcəyini istisna etməyib.