Moskva İrəvanla sazişlərin bütün spektrinə sadiq qalır və müttəfiqləri qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərindən imtina etmir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rusiya – Ermənistan” ikinci ictimai forumunda deyib.
“Moskva həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında birliklər çərçivəsində bütün sazişlərə sadiq olub və qalır Cənubi Qafqazda təhlükəsizlik arxitekturasını formalaşdırmaq üçün illərdir birlikdə işləyib – deyə o qeyd edib, – Göründüyü kimi, Rusiyanın bu məsələdə rolu, xüsusən də regionda və dünyada dinamik vəziyyəti nəzərə alsaq, həmişə tələbat olub və olacaq. Biz səmimi və məzmunlu söhbətə hazırıq”.
Nazir müavini vurğulayıb ki, Rusiya Federasiyası Ermənistan və onun xalqı ilə münasibətlərini səmimiyyətlə qiymətləndirir. “Biz həmişə Rusiya-Ermənistan müttəfiqliyinə çox diqqətlə yanaşmağa çalışırıq ki, ölkələrimiz arasında münasibətlər çoxəsrlik dostluq ənənələrinə, ortaq tarixə, mədəniyyətlərə və dəyərlər sistemlərinə, eləcə də çoxsaylı maddi əsaslara və layihələrə əsaslanır”, – deyə Qaluzin əlavə edib. (Tass)