Rusiya Qəzza zolağında axan qanların dərhal dayandırılmasında israrlıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz qan tökülməsinə dərhal son qoyulmasında və Qəzza zolağında, İordan çayının qərb sahilində sözün əsl mənasında qışqıran humanitar problemlərin dərhal həllində israr edirik” deyib.
“Biz terrorizmi bütün təzahirlərində qəti şəkildə pisləyirik, eyni zamanda beynəlxalq humanitar hüququ kobud şəkildə pozan üsullarla terrorizmlə mübarizə aparan ölkələrin əleyhinəyik”, – deyə nazir əlavə edib. (Tass)