Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Bakı ilə təmasda müəyyənləşdiriləcək, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Rusiya sülhməramlılarının regiona yerləşdirilməsinin vaxtı və digər məsələləri həmkarlarla birgə müəyyən olunacaq, çünki bu barədə danışmışıq. Əgər siz Qarabağ ərazisindən danışırsınızsa, o zaman Azərbaycan tərəfi ilə birlikdə vəziyyəti nəzərə alaraq, qərar veriləcək ”, – o, brifinqdə bildirib. (Tass)