Ermənistan tez-tez öz milli maraqlarına zidd olaraq Qərbə doğru istiqamət götürür, buna misal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıqdan çıxmasını göstərmək olar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk deyib.
“Biz Ermənistanda qərblilərin dağıdıcı təsirini hiss edirik. Təəssüf edirik ki, bu Cənubi Qafqaz respublikası bu dəyişikliklərə o qədər də müqavimət göstərmir və çox vaxt öz milli maraqlarına xələl gətirərək özünü Qərbə yönəltməkdə davam edir. Konkret misal İrəvanın KTMT ilə əməkdaşlıqdan çıxmasıdır”, – deyə o, Diasporla İş üzrə Dövlət Komitəsinin elmi proqramının açılışında bildirib. (Tass)