Rusiyaya Dağlıq Qarabağın keçmiş rəhbərliyinin Azərbaycan tərəfindən həbs edilmiş nümayəndələrinin azad edilməsi və Ermənistana qaytarılması ilə bağlı köməklik üçün heç bir müraciət daxil olmayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Bizimlə heç kim əlaqə saxlamayıb”, – diplomat qeyd edib: “İnformasiya sferasını və orada deyilənlərin çoxunu nəzərə almasaq, heç bir rəsmi və ya qeyri-rəsmi müraciət olmayıb”.
Nazirliyin rəsmi nümayəndəsi “bu məsələ ilə bağlı vicdanlı dialoqa” çağırıb. “İlk növbədə, – Zaxarova vurğulayıb, ” xatırlamaq lazımdır ki, adıçəkilən şəxslər (Dağlıq Qarabağın keçmiş rəhbərləri – TASS qeydi) Ermənistan vətəndaşlarıdır: onların bəziləri Rusiya vətəndaşlığından imtina ediblər, bəziləri isə əvvəlcə yalnız Ermənistan vətəndaşlığına malik olublar, lakin bu gün Heç kimin Rusiya vətəndaşlığı yoxdur”. (Tass)