İyun 15, 2025-23:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rusiyada azərbaycanlı deputat Sibiri özbəklərin tarixi torpağı adlandırdığına görə vəzifəsini itirib

2025:06:04 - 16:40
in SİYASƏT
A A

Rusiya Federasiyası Kommunist Partiyasından olan azərbaycanlı deputat Tağızadə Xalid Böyükağa oğlu Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqra Dumasının sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən məhrum edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə parlamentin rəsmi press-relizində məlumat verilib.

Bildirilib ki, Xalid Tağızadə miqrantların (xüsusən də özbəklər) Xantı-Mansiysk Muxtar Dairəsinə “tarixi vətənlərinə” gəldiyini bildirib. Deputat qənaətini rus ordusuna məğlub olan Sibir xanlığının hökmdarı Kuçumun özbək olması ilə əsaslandırıb.

Xantı-Mansiysk Muxtar Dairəsi parlamentinin sədri Boris Xoxryakovun sözlərinə görə, Xalid Tağızadə bununla deputat etikası qaydalarını pozub və dövlət hakimiyyətinin nüfuzuna zərbə vurub. Nəticədə sosial inkişaf komitəsi deputat Xalid Tağızadənin komitə sədrinin müavini səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

Parlamentarilər həm də həmkarından açıq şəkildə üzr istəməsini tələb etmək, ona açıq şəkildə irad tutmaq və bu barədə KİV vasitəsilə seçicilərə məlumat vermək qərarına gəliblər.

Qeyd olunub ki, Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının reqlament və etika komissiyasının sədri Leonid Mixalko da dairə prokurorluğundan Xalid Tağızadənin hərəkətlərinin federal qanunvericiliyə uyğunluğunu qiymətləndirməyi xahiş edib.

Eyni zamanda, Boris Xoxryakov qeyd edib ki, hazırda deputatların Xalid Tağızadəni vaxtından əvvəl deputat səlahiyyətlərindən məhrum etmək hüququ yoxdur, çünki etika normalarının pozulması qanuna görə belə bir qərar üçün əsas deyil.

Xalid Tağzadə regional parlamentdəki çıxışından bir neçə gün sonra sosial şəbəkələrdə üzrxahlıq edib. Onun sözlərinə görə, o, tarixi faktları təhrif etmək niyyətində olmayıb. Onun Rusiyanı tərk etdiyi bildirilir.

Əvvəlki Yazı

Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak etdilər

Növbəti Yazı

ABŞ-ın Daimi Nümayəndəsi NATO xərclərinin artırılmasını Rusiya və Çindən gələn “təhlükə” ilə əsaslandırmağa çalışır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.