Rusiyanın Dağıstan bölgəsində polis bölməsi, sinaqoq və iki kilsəni hədəf alan hücumlarda həyatını itirənlərin sayı 19-a çatıb. 1 keşişin həyatını itirdiyi hücumlarla bağlı Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Melikov “6 yaraqlı zərərsizləşdirilib. Xarici güclərin hazırladığı bütün hiylələrin və terror hüceyrələrinin aşkarlanması üçün lazımi işlər aparılacaq” deyib.
Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada hücumların terror aktı kimi qiymətləndirildiyi və hadisə ilə bağlı araşdırmaların başladığı bildirilib. Bildirilib ki, Dərbənddə sinaqoqda baş verən hücum nəticəsində baş verən yanğın da söndürülüb.