İnterfaks xəbər agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, cümə günü səhər Rusiyanın cənubunda Stavropol vilayətində Tu-22M3 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Nazirlik bombardmançı təyyarənin 4 pilotunun təyyarədən atıldığını, 3 pilotun xilas edildiyini, dördüncü pilotun axtarışlarının davam etdiyini açıqlayıb.
Qəzaya texniki nasazlıq səbəb olduğu bildirilib.