Avqust 11, 2025-19:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rusiyadakı səfirliyimiz Cəmalə Mirzəyeva ilə bağlı vəziyyətə aydınlıq gətirib

2025:07:30 - 16:55
in SİYASƏT
A A

Azərbaycanın Rusiyadakı səfirliyi tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın naməlum taleyi haqqında bir sıra media orqanlarında yer alan məlumatlarla bağlı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bu məsələnin təfərrüatlarını dəqiqləşdirmək üçün səfirlik operativ şəkildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı qeyd olunub ki, bu məsələ ilə əlaqədar Azərbaycanın səlahiyyətli orqanlarından səfirliyə heç bir rəsmi müraciət daxil olmayıb.

Eyni zamanda, vəziyyətin ictimai əhəmiyyətini və Azərbaycan ziyalılarının nümayəndələrinin narahatlığını nəzərə alan səfirlik C.Mirzəyevanın taleyinin aydınlaşdırılmasına köməklik göstərilməsi xahişi ilə Azərbaycanın Xarici İşlər Nazirliyinə və digər səlahiyyətli orqanlarına rəsmi sorğular göndərməyi R.Balayevə tövsiyə edib.

Səfirlik onu da vurğulayıb ki, C.Mirzəyevanın Rusiya Federasiyasında mümkün vətəndaşlığı nəzərə alınaraq, məsələ Azərbaycan ilə Rusiya arasında ikitərəfli müqavilə və konvensiyaların müddəalarına uyğun həll edilməlidir.

Rasim Balayev, öz növbəsində, bu yanaşma ilə razılaşaraq onun adından yayılan məlumatlardan xəbərsiz olduğunu qeyd edib, məsələyə diqqət ayırdığına və həllinə köməklik göstərməyə hazır olduğuna görə səfirliyə təşəkkürünü bildirib.

Əvvəlki Yazı

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

Növbəti Yazı

“İraq-türkman folkloru və ədəbiyyatı” – yeni nəşr

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.