Sentyabr 14, 2025-2:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Rusiyalı professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

2024:07:17 - 16:35
in SOSİAL
A A

Moskva Dövlət Pedaqoji Universitetinin professoru Lyudmila Bojenkova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.Muzeydən AZƏRTAC-a bildirilib ki, 200-dən artıq nəşrin, o cümlədən 4 monoqrafiya, 45 dərslik və 10 metodik vəsaitin müəllifi olan Lyudmila Bojenkova ölkəmizə ilk dəfə səfərə gəlib.Rusiyalı professoru Ədəbiyyat Muzeyi ilə Ekspozisiya şöbəsinin elmi işçisi Aygün Abbasquliyeva tanış edib.Muzeyin ekspozisiyasını maraqla seyr edən qonaq dahi şair Nizami Gəncəviyə həsr olunmuş ekspozisiyaya heyranlığını gizlədə bilməyib. Həmçinin Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar rəssam Vaqif Hüseynovun çəkdiyi və mühüm tarixi hadisəni əks etdirən “Ermitaj. 1941-ci il. Nizami yubileyi” tablosu Lyudmila Bojenkovanın diqqətini çəkib. Bundan başqa, Mirzə Fətəli Axundzadənin rus şairi Aleksandr Puşkinin irsinə böyük rəğbətdən yaranmış “Puşkinin ölümünə Şərq poeması” onun marağına səbəb olub.Lyudmila Bojenkova Mixail Lermontovun Puşkinə həsr etdiyi “Şairin ölümünə” şeirini bildiyini qeyd edib və müqayisələr aparıb. Eləcə də Azərbaycanın müxtəlif dövrlərdə yaşamış qadın şairlərin həyat və yaradıcılığı ziyarətçidə xoş təəssürat yaradıb.Sonda rusiyalı qonaq muzeyin “Rəy kitabı”na ürək sözlərini yazıb.

Əvvəlki Yazı

İpoteka və Kredit Zəmanət Fondu I yarımildə 230 milyon manat kredit verib

Növbəti Yazı

İlahiyyat İnstitutunun tələbələri xaricdə təhsillərini müvəffəqiyyətlə başa vurublar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.