Təşkilatçılar Bakıda keçiriləcək məşhur “Dream Fest 2025” musiqi festivalının təşkilatçıları rusiyalı müğənniləri yerli ifaçılarla əvəz etdikdən sonra Rusiyadan olan turistlər festivalın biletlərini kütləvi şəkildə qaytarmağa başlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, festivalda “Ruki vverx”, Klava Koka, Yeqor Krid, Ani Lorak, Alsu, Stas Pyexa və digərlərinin çıxış edəcəyi planlaşdırılırdı. Lakin Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı bütün tədbirləri ləğv etdiyindən, festivalda iştirak etməsi planlaşdırılan rusiyalı ifaçılar yerli müğənnilərlə əvəz olunub.