Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
“Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb”, – diplomat qeyd edib. (Tass)