Rusiyanın Tehrandakı səfirliyi müdafiə istehkamı üçün binanın ətrafına divar hörülməsi ilə bağlı məlumatı təkzib edib. Bu barədə Rusiya diplomatik missiyasının Telegram-kanalında məlumat verilib.
Səfirlik bir sıra İran KİV-lərinin müvafiq məlumatlarını şərh edərək bildirib ki, diplomatik nümayəndəlik “hündürlüyü aşağı olan ərazidə hasarın səviyyəsini sadəcə olaraq düzəldir”. “Biz ümid edirik ki, bundan sonra Tehran meriyası onu gözəl rəngə boyayacaq”. (Tass)