Rusiya tərəfi Ukraynadakı münaqişənin həlli üçün diplomatik yola üstünlük verilir; Moskva danışıqlara hazırdır.
Bunu TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ prezidenti Donald Trampın Ukrayna nizamlanması ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.
“Biz diqqəti siyasi və diplomatik işə yönəltməliyik. Rusiya Federasiyasının prezidenti dəfələrlə bildirib ki, biz danışıqlara hazırıq və diplomatik yola bizim üçün üstünlük verilir”, – nazir müavini deyib. (Tass)