Rusiya Ukraynanın NATO-ya daxil olmasını qətiyyən qəbuledilməz hesab edir və düşmən blokun öz sərhədlərinə yaxınlaşmağa davam etməsinə imkan verə bilməz. Bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
“Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qətiyyən qəbuledilməzdir və Ukraynanın NATO-da iştirakı xüsusi hərbi əməliyyatın başlanmasının əsas səbəblərindən biri olub. Söhbət Ukrayna kimi minillik tarixlə bağlı olduğumuz, çoxlu rusların və rusdilli vətəndaşların yaşadığı, heç bir mərhələdə heç bir mərhələdə Atlantik deyilən bu ambisiyaları bölüşməyən bir ölkədən gedir”, – nazir müavini qeyd edib. (Tass)