İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Lətif Lətifovun arıçılığın inkişafı layihəsinə 85 min manat güzəştli kredit verib.
“Report” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, layihə Şəkidə icra olunacaq.