Seçki məntəqəsində indiyə kimi heç bir neqativ hal qeydə alınmayıb.Bunu növbədənkənar parlament seçkiləri ilə bağlı “Report”a danışan 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Süleyman Əliyev deyib.O bildirib ki, proses öz axarı ilə davam edir: “Müşahidəçilər, o cümlədən beynəlxalq müşahidəçilər prosesə nəzarət edirlər. Hələ ki, hər şey yaxşıdır”.Sədr qeyd edib ki, məntəqə üzrə 18 yaşdan yuxarı və ilk dəfə səs verən iki nəfər var: “İndiyə kimi 70 ə yaxın insan səs verib”.