O qeyd edib ki, mətbuatda və kütləvi informasiya vasitələrində çətin vəziyyətdə olan uşaqlarla bağlı mütəmadi məlumatlar yayımlanır:
“Bəzən urbanizasiyanın nəticəsində aşkar olunmayan amma dəstəyə olan uşaqlarla bağlı məlumat alırıq. Onların çoxu qeydiyyatsız evlərdə, gecəqondularda yaşayırlar. Ona görə, RİH-lərinin yerlərdəki nümayəndələrinin daha fəal olmasını istəyirik”.
Sədr müavini əlavə edib ki, hüquq pozuntuları törətmiş, çətin tərbiyə olunan uşaqlarla iş zamanı psixoloqların prosesə cəlb edilməsi çox vacibdir:
“Uşaqlarla iş məsələsində Polis əməkdaşları ilə yaxşı işləyirik. Amma polis orqanlarında qadın əməkdaşların sayının artırılması işimizin xeyrinə olan bilər”.