Avqust 12, 2025-7:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Sədr: Vətəndaşlar yalnız nümayəndəlik qərarları əsasında torpaq sahələri üzərində hüquq əldə edəcəklər

2025:07:23 - 13:54
in İQTİSADİYYAT
A A

Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, əmlak inzibatçılığı, əmlak hüquqlarının qeydiyyatı sahəsində çoxlu islahatlar həyata keçirilib. Bu islahatların davamı olaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Fərman imzalandı. Sənəd 2015-ci ildə imzalanmış 439 nömrəli Fərmana düzəlişləri nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlaması zamanı söyləyib.

O bildirib ki, 439 nömrəli Fərman çox önəmli sənəd idi.

“Bu Fərman sayəsində yüz minlərlə vətəndaş öz əmlaklarına – həm fərdi yaşayış evlərinə, həm də torpaq sahələrinə mülkiyyət sənədlərini əldə etmək imkanı qazandı. 2001-ci il yanvar ayının 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş “texpasport” sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilən sənədlərlə müraciət edərək, həm torpaq sahəsi, həm də tikili üzərində hüquqlar əldə edə biləcək. Burada əsas önəmli məsələ ondan ibarətdir ki, artıq həmin tikilinin, yaşayış evinin qeydiyyatdan keçib-keçməməsi şərti aradan qaldırılıb. Aparılan araşdırmalar göstərdi ki, Bakı, ətraf rayonlar və regionlar olmaqla, çox sayda icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən kütləvi şəkildə torpaq ayrılma sənədləri vətəndaşlara verilib. Artıq yeni dəyişikliklərlə onlara kənd, qəsəbə, icra nümayəndəliklərin sənədləri əsasında torpağa və tikiliyə hüquq tanımaq imkanı veriləcək. Önəmli məsələ odur ki, vətəndaşlar müvafiq icra strukturlarının səlahiyyətli nümayəndələrinin səlahiyyət ötürmə haqqında qərarları olmadan, yalnız nümayəndəlik qərarları əsasında torpaq sahələri üzərində hüquqları əldə edəcəklər”, – deyə Nigar Alimova vurğulayıb.

Əvvəlki Yazı

Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrılıb – SƏRƏNCAM

Növbəti Yazı

Kəlbəcərə yeni prokuror təyin edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.