Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan vətəndaşlarının Rusiyada işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya mətbuatında onların ölümü ilə bağlı müxtəlif səbəblər göstərilib:
“Ekspertiza zamanı müəyyən edildi ki, onlar saxlanılan və aparılan zaman çox saylı fiziki xəsarətlər alıblar. Məhz Hüseyn və Ziyəddin Səfərov qardaşları həmin xəsarətlər nəticəsində yaranan postravmatik şok nəticəsində ölüblər”.