“30 il ərzində beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətləri ilə tanış olmağa çağırdıq, amma kimsə bizi eşitmədi”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov oktyabrın 18-də Ankarada “Qarabağ zəfərindən sonra Azərbaycan” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağ probleminin həllinə görə məsuliyyət daşıyan ATƏT-in keçmiş Minsk qrupu ötən illər ərzində Azərbaycanın çağırışlarına reaksiya vermədi: “Bəzi dövlətlər istisna olmaqla, kimsə “etnik təmizləmə”, “işğal” sözünü dilinə gətirmədi. Bu, ikili standartların təzahürü idi. Artıq biz anladıq ki, bizim dostumuz kimdir”.