Bakıda “Vyetnam günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir. Həmin tədbirlərdən biri iyulun 27-də İçərişəhərdə təşkil olunub. Tədbir zamanı iştirakçılara Vyetnamın milli geyimləri, mətbəxi, təsviri incəsənət nümunələri təqdim edilib.
Bunu AZƏRTAC-a müsahibəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zinyət Brumendfard deyib.
“İyulun 30-dək davam edəcək layihənin hər günü fərqli ərazilərdə müxtəlif tədbirlərlə yadda qalacaq. İyulun 27-də İçərişəhərdə şəhər sakinləri və qonaqlar səhər saat 10-dan axşam 9-dək Vyetnam mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər”, – deyə Z.Brumendfard bildirib.