Avqust 24, 2025-12:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində 8 aqroturun təqdimatı keçirilib

2024:01:22 - 15:33
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyində “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilmiş 22 təsərrüfatın və bu təsərrüfatlara təşkil olunan 8 aqroturun satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə turizm subyektlərinə təqdimat keçirilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə birgə təşkil olunan tədbirdə turizm şirkətlərinin rəhbərləri, bələdçilər və otelçilər də daxil olmaqla, ümumilikdə, 90 nümayəndə iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı turizmin müxtəlif seqmentlərindən olan nümayəndələrə aqroturlar barədə ətraflı məlumat verilib, layihə çərçivəsində aqroturizm təsərrüfatlarında hazırlanan reklam videoçarxları təqdim edilib.

Aqroturlar Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Göyçay, Kürdəmir, Lənkəran, Lerik, Astara əraziləri olmaqla, ümumilikdə, 15 rayonu əhatə edir. Turlarda təsərrüfatların potensialları və göstərdikləri xidmətlərlə yanaşı milli mətbəxləri, bələdçilik, regionların mədəni irsi də əksini tapıb.

Layihə çərçivəsində təsərrüfatlarda görülən işləri yüksək qiymətləndirən turizm şirkətlərinin nümayəndələri, qarşıdan gələn turizm mövsümündə aqroturların satışında daha fəal iştirak edəcəklərini bildiriblər.

Cari il ərzində layihə çərçivəsində dəstək göstəriləcək aqroturizm yönümlü təsərrüfatların və həmin ərazilərə təşkil ediləcək aqroturların sayının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Əvvəlki Yazı

Litvada NATO-nun iştirakı ilə Hərbi Hava Qüvvələrinin təlimləri keçirilir

Növbəti Yazı

İlham Əliyev Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında tikinti, abadlıq işləri və Ofis binasında yaradılan şəraitlə tanış olub – YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.