İyun 20, 2025-19:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şəhid ailələrinin Qubaya səfəri təşkil edilib, “Zəfərin uşaqları” adlı tədbir keçirilib

2023:11:10 - 17:23
in SOSİAL
A A

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 44 günlük müharibədə qazanılan zəfərin üçüncü ildönümü münasibətilə “Zəfərin uşaqları” adlı bayram tədbiri təşkil edib.

Birlikdən “Report”a verilən məlumata görə, tədbir çərçivəsində şəhid ailələri ilə birlikdə Qubaya səfər edilib və “Quba Arena Hotel”də Zəfər Günü qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib və Dövlət Himni səsləndirilib. Mərasimi açıq elan edən Birliyin sədri Sevinc Fədai üçüncü ildönümün ərazi bütövlüyümüzün tam bərpası ilə əlamətdar olduğunu və artıq qələbəmizi daha böyük qürur və sevinc hissi ilə qeyd etdiyimizi vurğulayıb.

Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yazıçı Qan Turalı, “TourAgentTravel”in direktoru Şəbnəm Əlizadə və şəhid xanımı Gülşən İmanzadə çıxış edərək 44 günlük Vətən müharibəsini, qazanılan zəfəri xalqımızın yenidən doğuluşu kimi dəyərləndirib, bu qələbə üçün şəhid və qazilərimizə, əsgərlərimizə bir ömür minnətdar olduqlarını bildiriblər.

Daha sonra şəhid qəhrəmanlarımızın adlarını əbədiləşdirmək üçün hazırlanan xatirə hədiyyələri ailələrinə təqdim edilib. Tədbir nahar fasiləsi, şəhid övladları üçün təşkil edilən əyləncə proqamı ilə davam edib. Sonda Birliyin komandası və şəhid ailələri birlikdə yallı gedərək birlik nümayiş etdiriblər.

Qeyd edək ki, Birlik “Zəfərin uşaqları” tədbirini “Unibank”ın sponsorluğu, “TourAgentTravel”in və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirib.

Əvvəlki Yazı

Yunanıstan və Kipr adada iki dövlət yaratmaq ideyasını rədd etdilər

Növbəti Yazı

İraq İslam Müqaviməti ABŞ-ın Suriyadakı bazasına hücum edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.