Avqust 17, 2025-20:06
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edildi

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı prezidentin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən şəxslər və ya onların yaxınları 2030-cu ilə qədər mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin ediləcəklər.

Xatırladaq ki, qeyd olunan prosesin son tarixi 2025-ci ilə qədər idi.