İyun 17, 2025-4:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şəhid oğlu: Ağır yaralanan atam anamgilin girov götürülməsinə imkan verməməyi tapşırdı

2025:05:27 - 16:09
in SİYASƏT
A A
Birinci Qarabağ müharibəsinin itkin şəhidinin oğlu ağır yaralanan atasının ona ailə üzvlərinin girov götürülməsinə imkan verməməyi tapşırdığını bildirib.

Bunu “Report”un Mingəçevirə ezam olunan əməkdaşı ilə söhbət zamanı mayın 27-də şəhərin Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əsəddin Novruzovun böyük oğlu Şamil Novruzov deyib.

Onun sözlərinə görə, atasının yenidən dəfn olunması ailə üzvləri üçün böyük təskinlikdir:

“Evimiz kəndin kənarında olduğu üçün müdafiə postu lap yaxınlığımızda qurulmuşdu. Buna görə də atam və qardaşlarımla hər axşam həmin postda olurduq. Martın 12-də ermənilər kəndə hücuma keçdilər. Atam tüfəngi götürüb evdən çıxanda mən də ona qoşuldum. Bu vaxt artıq kəndin yuxarı hissəsində atışma başladı.

Atam mövqe tutduğu yerdən bir neçə ermənini dəqiq atəşlə vurmuşdu. Ona görə digərləri yenidən gizlənməyə çalışırdılar. Birdən ətrafda güclü partlayış oldu. Toz-duman çəkiləndən sonra yerimi dəyişmək istəyəndə atamın vurulduğunu gördüm.

Yaralı vəziyyətdə mənə qışqırdı ki, yaxına gəlməyim. Ancaq ermənilərin atama tərəf irəlilədiklərini görüb onlara doğru bir qumbara atdım. Ani sakitlikdən istifadə edib atamı qucağımda evə gətirdim. Gözlərini açıb mənə dedi ki, ananı-uşaqları götür kənddən çıx, onların girov götürülməsinə imkan vermə.

Bu ilin martında Baş Güneypəyə kəndinə gedəndə atamın qalıqlarını 1992-ci ildə dəfn olunduğu yerdə aşkar edib bununla bağlı dövlət qurumlarına müraciət etdik. Atamın burada Şəhidlər xiyabanında dəfn olunması bizim üçün bir təskinlikdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Əvvəlki Yazı

Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

Növbəti Yazı

Orxan Məmmədov: “Yaşıl nəqliyyat” yeni iqtisadi modeli formalaşdıracaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.