İyun 18, 2025-11:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Şəhid Xudayarın anası: Polad Həşimovun açdığı cığırla gedənlər ərazi bütövlüyümüzü bərpa etdilər

2024:01:03 - 13:40
in GÜNDƏM
A A

Polad Həşimovun şəhadət xəbəri Xudayara çox pis təsir etmişdi. Mənə yığıb onun şəhid olma xəbərini deyəndə ona şəhidliyin əlçatmaz zirvə olduğunu, hər adamın həmin mərtəbəyə ucala bilmədiyini dedim. Dedi ki “başa düşürsən, ana, əsgərin generalını şəhid etmək evindəki atasını öldürmək kimidir. Onun intiqamı yerdə qalmayacaq”. Xudayar Dövlət Sərhəd Xidmətinin kiçik giziri idi. Vətən müharibəsi başlayanda Polad Həşimovun qisasını almaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün könülü olaraq döyüşə yollandı. Zəngilan istiqamətində döyüşlərdə şəhid oldu.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova deyib.

“Şəhid olan oğulların şəkillərinə baxdıqda, həyat hekayələrini dinlədikdə açıq-aydın görmək olar ki, o gözəl məqamın nuru şəhadət şərbətini içəcək oğulların üzünə, əməllərinə yansıyıb. Polad Həşimovun da simasından, davranışlarından sanki cənnətin sorağı gəlirdi. Daşkəsən, Tovuz, Murovdağda xidmət edənlər, onunla ünsiyyətdə olanlar bilirlər ki, o, necə zabit olub. Şəhid general-mayor digər oğlum Məhəmmədin Daşkəsəndə komandiri olub. Onun necə bir komandir olduğu hər kəsə bəlli idi. Oğlum deyirdi ki, Polad Həşimov əsgərlərinə öz övladı kimi baxır. Polad kimi generallar neçə əsrdən bir yetişir. Onun kimi generalın da belə qəhrəman əsgərləri olmalı idi. Ərazi bütövlüyümüzü bərpa edənlər də məhz onun açdığı cığırla gedənlər oldular. Çox şükür ki, torpaqlarımız düşmən tapdağından xilas edilib. Azad olunmuş torpaqlara ayaq basanda generalımız başda olmaqla bütün şəhidlərin ruhuna dualar oxuyuruq. Nə onun, nə də onun qəhrəman əsgərlərinin qisası qiyamətə qalmadı”, – deyə şəhid anası vurğulayıb.

Əvvəlki Yazı

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində intensiv döyüşlərin getdiyini bildirib

Növbəti Yazı

Şəhid atası: General-mayorun şəhadəti Qarabağ nisgillini alovlandırdı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.