Avqust 20, 2025-9:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Səhiyyə Nazirliyinin rəsmi internet portalında “Elektron resept” linki istifadəyə verilib

2024:01:25 - 12:03
in SOSİAL
A A

Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən “Elektron resept” sistemi ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, linkdə pasiyentlər və həkimlər üçün “Elektron resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Həmin videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə “Elektron resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər.

Eyni zamanda, linkdə yerləşdirilən QR kodlar vasitəsilə mobil cihazlardan istifadə edərək “Elektron resept” sisteminə daxil olmaq mümkündür.

Linkin istifadəyə verilməsində əsas məqsəd “Elektron Resept” sistemi barədə pasiyent və həkimlər arasında məlumatlılığın təmin edilməsi, sistemin istifadəsinin optimallığının artırılması və bu sahədə məmnunluğun təmin edilməsidir.

Sistemin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa Səhiyyə Nazirliyinin Çağrı Mərkəzi ilə (tel: (012) 596 07 12) əlaqə saxlamaq olar.

Əvvəlki Yazı

Pirallahı qəsəbəsində “Məşğulluğa dəstək layihəsi”nə dair ictimai dinləmə keçiriləcək

Növbəti Yazı

Ötən il 3 mindən çox təhlükə potensiallı obyektdə dövlət nəzarəti həyata keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.