İyun 16, 2025-22:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şəhriyar adına Mədəniyyət Mərkəzində Müstəqillik Günü münasibətilə konsert olub

2025:05:28 - 12:30
in MƏDƏNİYYƏT
A A

Şəhriyar adına Mədəniyyət Mərkəzində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Üçrəngli bayrağın kölgəsində” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “İrəli” ictimai birliyinin təşəbbüsü, Şəhriyar adına Mədəniyyət Mərkəzinin dəstəyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, “Cəngi” rəqsi və “Koroğlu” operasından uvertüra səsləndirilib.

Konsert proqramının davamında səhnədə Azərbaycanın Xalq artisti Ağadadaş Ağayev, Əməkdar artistlər Gülistan Əliyeva, Sevinc Sarıyeva, Almaz Orucova, Şölə Səfərəliyeva, Zakir Əliyev, eləcə də sevilən gənc ifaçılar Leyla Rəhimova, Cavidan Fatihi, Fərid Qaragöz, Mətləb Qurbanov, Aysel Əlizadə, tar və balaban ifaçıları Nurlan Cəfərlinski və Anar Vəlizadə, Məqsəd Əzizovun rəhbərlik etdiyi “Balabançı” ansamblı, caz pianoçuları Ülvi İsmayıl və Mehdi Allahverdiyev, Dövlət Uşaq Filarmoniyasının “Şəms” rəqs qrupu, “Pərilər” vokal ansamblı çıxış ediblər.

Qeyd edək ki, konsertdə ictimaiyyət xadimləri, şəhid ailələri və veteranlar, Milli Müdafiə Universitetinin və Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları iştirak ediblər.

Əvvəlki Yazı

Laçın Beynəlxalq Hava Limanının açılışı olub

Növbəti Yazı

Sabah Bakıda 30 dərəcə isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.