Bu barədə AZƏRTAC-a Şəki Regional Elmi Mərkəzindən məlumat verilib. Bildirilib ki, Mərkəzin Genofond bağının tinglik sahəsində əsasən alma, armud və gavalının “T” şəkilli göz calağı aparılıb.
Şöbənin baş aqronomu İlqar Seyidov tinglərin sahələrə köçürülməsinə bir il sonra başlanılacağını deyib. Qeyd edib ki, bu üsulla əldə edilən tinglər xəstəliklərə daha çox dözümlüdür. O, bu işdə əsas məqsədin yerli sortların məhv olmasının qarşısının alınması olduğunu vurğulayıb.
İlqar Seyidov bildirib ki, hazırda Genofond bağında şöbənin əməkdaşları tərəfindən bağın alaq otlarından təmizlənməsi, cərgə aralarının yumşaldılması, ağacların kultivasiyası xəstəlik və ziyanvericilərə qarşı kimyəvi və mexaniki mübarizənin aparılması, ağaclara üzvi və mineral gübrələrin verilməsi kimi işlər aqrotexniki qaydalarla aparılır. Aqrotexniki qaydalarla işlərin aparılması tinglərin inkişafı üçün əlverişli şəraitin yaranmasına kömək edəcək, həmçinin onların yetişmə faizini yüksəldəcək.