İyun 15, 2025-20:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şəkidə aprel şəhidi Elnur İsgəndərovun anım mərasimi keçirilib

2025:04:06 - 11:05
in SOSİAL
A A

Şəki şəhərində Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyində şəhid olan baş-leytenant Elnur İsgəndərovun anım mərasimi keçirilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin məzarı önündə keçirilmiş tədbirdə şəhid ailələri, şəhid Elnur İsgəndərovun hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və ailə üzvləri iştirak ediblər.

Azərbaycan himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs ediblər.

Qeyd edək ki, İsgəndərov Elnur İsgəndər oğlu 1989-cu ilin iyunun 1-də Şəki şəhərində anadan olub. 1995-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2006-cı ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirib. Məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olub və həmin məktəbi zabit kimi bitirib. 2010-cu ildən isə leytenant kimi ordu sıralarında xidmətə başlayıb. Baş-leytenant Elnur İsgəndərov 2016-cı il aprel döyüşlərinə qatılıb. Döyüşlərin 2-ci günündə, aprelin 3-də, Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Elnur İsgəndərov aprelin 10-da Şəki şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhid zabitin 10 yaşlı bir oğul övladı var. Balaca Elmar atası şəhid olarkən 7 aylıq olub.

Qeyd edək ki, baş-leytenant Elnur İsgəndərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib, yaşadığı küçəyə və Şəki şəhərinin girişində olan zirvəyə onun adı verilib.

Əvvəlki Yazı

Qərbi Azərbaycan Xronikası: Ölüyə ehsan verilməsi türk adətlərində vacibdir

Növbəti Yazı

Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.