İyul 30, 2025-21:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şəkidə seçki hüququ ilə bağlı maarifləndirici tədbir keçirilib

2024:01:19 - 16:09
in SİYASƏT
A A

Yanvarın 19-da Şəki şəhərində Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti regional maarifləndirmə tədbiri keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən dəyirmi masada Ombudsman Aparatı və MSK-nın məsul şəxsləri, Şəki-Zaqatala bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri və məntəqə komissiyalarının üzvləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəyirmi masa Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının çıxışı ilə başlayıb. Aparat rəhbəri ölkəmizdə insan hüquqlarının müdafiəsi və vətəndaşların seçki hüququnun təmin edilməsi sahəsində görülən işlərdən, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyətindən geniş bəhs edib. Bildirilib ki, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu hüquqların içərisində seçki hüququ xüsusi yer tutur.

Hazırda ölkəmizdə fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə ciddi hazırlıq işlərinin görüldüyünü diqqətə çatdıran Aydın Səfixanlı, seçkilərin əvvəlki illərdə olduğu kimi, yenə də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcəyinə əminliyini ifadə edib.

Dəyirmi masada MSK-nın əməkdaşı Samir Tağıyev çıxış edərək, növbədənkənar prezident seçkiləri ərəfəsində MSK tərəfindən görülən işlər, həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verib.

Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı çıxışında seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyətindən bəhs edərək bildirib ki, müşahidəçilik institutu seçki prosesində aşkarlıq və ədalətlilik prinsiplərinin, həmçinin seçki hüququnun daha səmərəli təmin olunmasına xidmət edir. Müşahidəçilik institutu seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təmin olunması sahəsində yarana biləcək çatışmazlıqların müəyyən edilməsi ilə yanaşı, siyasi proseslərdə vətəndaş iştirakçılığının artırılmasına və seçki prosesinin ölkənin qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsini qiymətləndirməyə imkan verir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Əvvəlki Yazı

83 saylı Beyləqan seçki dairəsi üzrə 228 müşahidəçi qeydiyyatdan keçib

Növbəti Yazı

“Azərpoçt” ötən il aktivlərini 24 % artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.