İyun 17, 2025-13:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Şəkidə taxıl biçininə 120 kombayn cəlb ediləcək

2025:06:05 - 15:20
in İQTİSADİYYAT
A A

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 59 min 939,1 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 21 min 872,5 hektarını buğda, 38 min 66,6 hektarını dən üçün arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçininə hazırlıq işləri yekunlaşmaq üzrədir. Biçin kampaniyasına hazırlıqla əlaqədar Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub.

Mərkəzin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şəki taxılçıları məhsul yığımına ciddi hazırlaşıblar. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Ümumilikdə, biçin kampaniyasına 120 taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 98 ədədi son illərdə alınan təzə, qalanları isə əvvəlki illərdə alınan və istifadəyə yararlı vəziyyətdə olan kombaynlardır. Kampaniya dövründə ehtiyac yaranarsa, biçini başa çatdırmış rayonlardan əlavə kombaynların dislokasiya olunması da nəzərdə tutulur. Biçin kampaniyasına, eyni zamanda, 94 ədəd küləşpresləyən aqreqat, 385 ədəd şum traktoru, 100-dək yük maşını, 175 ədəd traktor yedəyi, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunacaq.

Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda taxıl biçininə yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Əvvəlki Yazı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şəmkirdə gənclər üçün tədbir keçirib

Növbəti Yazı

Tovuzda “Peşə təhsilinin inkişafında dövlət-özəl tərəfdaşlığının rolu” adlı birinci regional forum keçirilib 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.