Sentyabr 16, 2025-12:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Səkinə Babayeva: “İqlim dəyişikliyinin təsirlərini ən çox qadınlar hiss edir”

2025:09:12 - 12:10
in SOSİAL
A A
İqlim dəyişikliyinin təsirlərini ilk və ən kəskin şəkildə hiss edənlər məhz qadınlardır.

“Report” xəbər verir ki, bunu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva “She Builds Green: Qadın Sahibkarların Azərbaycanda İqlim Dayanıqlığına Töhfələri” adlı konfransında çıxışı zaman deyib.

Onun sözlərinə görə, çünki onlar həm ailə təsərrüfatının idarə olunmasında, həm də təbii resursların qorunmasında əsas rol oynayırlar: “Qadın sahibkarların rolu xüsusilə ailə təsərrüfatlarının idarə olunmasında və alternativ enerji mənbələrinin istifadəsində önəmlidir. Günəş panelləri, damcılı suvarma sistemləri, istixanaların enerji səmərəliliyi kimi həllər qadınların iştirakı ilə daha sürətlə yayılır. Qadın sahibkarların iqlim dəyişikliyi ilə mübarizədə iştirakı həm sosial, həm iqtisadi, həm də ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edir.

S. Babayeva vurğulayıb ki, 2016-cı ildən  etibarən başlayaraq Azərbaycanda qadın sahibkarlarının şəbəkələşməsi prosesi daha da genişlənib: “Hədəf qadınların bir-birinə dəstək olması, təcrübə mübadiləsi aparması və bizneslərini inkişaf etdirməsidir. Qadın sahibkarların yaratdığı birlik həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətli rol oynayır”.

O qeyd edib ki, iqlim dəyişikliyi xüsusilə torpaqların şoranlaşması, su ehtiyatlarının azalması və kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi ilə özünü göstərir: “Bu sahədə biz assosiasiya olaraq müxtəlif beynəlxalq təcrübələri Azərbaycana gətirməyə çalışmışıq. 2018-ci ildən başlayaraq Macarıstandan ekspertlər dəvət olunub, şoran torpaqların bərpası və damcılı suvarma üsullarının tətbiqi müzakirə edilib. Bundan əlavə, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə bir sıra layihələr həyata keçirilmiş, qadınlara maliyyə imkanları və təlim proqramları təqdim edilib. Bu təşəbbüslər nəticəsində qadınların biznesdə mövqeyi güclənir, onların imici və ictimai nüfuzu artır”.

Əvvəlki Yazı

Zaur Qardaşov: “Su təchizatına yatırılan hər dollar dövlətə iki dollar olaraq geri qayıdır”

Növbəti Yazı

Nazir müşaviri: Dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti aşağı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.