İyun 15, 2025-21:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Şəkinin meyvə və üzüm bağlarında mövsümi tədbirlər görülür

2023:11:30 - 14:19
in İQTİSADİYYAT
A A

Şəkinin meyvə və üzüm bağlarında nisbi sükunət dövrünün başlanması ilə əlaqədar noyabrın sonlarından bağlarda payız-qış mübarizə tədbirləri həyata keçirilir. Bu zaman əsasən aqrotexniki, mexaniki və kimyəvi mübarizə tədbirlərindən istifadə olunur. İndiyədək məhdud məsuliyyətli cəmiyyətlər və fiziki şəxslər tərəfindən 420 hektaradək meyvə və üzüm bağında aqrotexniki-mexaniki mübarizə tədbirləri aparılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Şəki rayon Mərkəzinin rəisi Tələt Mehdiyev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, aqrotexniki tədbirlərə infeksiya mənbəyi olan tökülmüş meyvələrin, yarpaqların, həmçinin alaq otlarının sahədən kənarlaşdırılması, bitki diblərinin və cərgəaralarının dərin şumlanması, ağacların qurumuş budaqlardan, köhnə qabıqlardan təmizlənməsi, qışda bir dəfə sahənin bol suvarılması, yazda gövdələrin əhənglə ağardılması və sair aiddir. Onun sözlərinə görə, budama zamanı ağacların quru, xəstəliklərlə sirayətlənmiş budaqları və gövdə hissələri sağlam toxumayadək kəsilməli və kəsilmiş hissələr bağdan kənarda yandırılmalıdır. Zədələnmiş hissələri 3 faizli göy daş (mis kuporosu) məhlulu ilə dezinfeksiya edib üzərinə bağ məlhəmlərindən sürtmək lazımdır. Ağacların yarpaqlarının töküldüyü dövrdə xəstəliklərə qarşı profilaktik tədbir olaraq 3 faizli bordo mayesi və ya digər mis tərkibli preparatlarla çiləmə aparılması tövsiyə olunur.

Hazırda Şəki rayonunun ərazisində 6972 hektar meyvə və 307 hektar üzüm bağı var. Bu bağların əksəriyyəti vətəndaşlara məxsus fərdi həyətyanı sahələrdədir. Eyni zamanda, rayonda “Green Factory”, “Aqroinkişaf-2017”, “Monte Ferro” məhdud məsuliyyətli cəmiyyətlərə və fiziki şəxslərə məxsus müasir tipli intensiv meyvə bağları da mövcuddur.

BMFM-in Şəki Rayon Mərkəzinin mütəxəssisləri meyvə və üzüm bağlarında görülən işlərlə bağlı mütəmadi müşahidələr aparır, lazımi tövsiyələrini verirlər. Eyni zamanda, qurumun mütəxəssisləri kimyəvi mübarizə aparan işçiləri “Pestisidlərlə işləyərkən təhlükəsizlik haqqında təlimat”la tanış edir və təhlükəsizlik qaydalarına riayət olunmasına ciddi nəzarət edirlər.

Əvvəlki Yazı

Musiqi Sənayesi Platforması: Rəqəmsal dövrdə musiqi sənaye ekosisteminin formalaşdırılması

Növbəti Yazı

Zahid Oruc: Azərbaycan total “hücum”lar qarşısındadır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.