Avqust 11, 2025-21:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Səməd Bəşirli: “İƏT regionunda nəqliyyat və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün imkan var”

2024:10:04 - 11:44
in İQTİSADİYYAT
A A

Hazırda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) regionunda nəqliyyat və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar var.“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən “3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Beyin Mərkəzləri Forumu”nda bildirib.“Ötən il Azərbaycanın dövlət başçısının Daşkənd şəhərində İƏT-in 16-cı Zirvə toplantısında qeyd etdiyi kimi, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu İƏT-ə üzv dövlətlər üçün açıqdır”, – deyə o qeyd edib.“Dayanıqlı təchizat zəncirlərinin, yeni iqtisadi modellərin qurulması və iqlim problemlərinin həlli yollarının müəyyən edilməsi regional və qlobal əməkdaşlıqların möhkəmləndirilməsini tələb edir. Bu baxımdan regionda ekoloji böhranlarla mübarizə və yeni nəsil iqtisadiyyata səmərəli keçidi təmin etmək, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün İƏT ölkələri arasında tərəfdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir. Azərbaycan İƏT-in fəal üzvü olaraq, təşkilata üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirir. Ötən il Azərbaycanın İƏT-ə sədrliyi “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusu üzrə uğurla həyata keçirilib, Azərbaycan təşkilatın Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmən təsdiqlənib. Mərkəz gələcəkdə İƏT ölkələrində bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi, bu istiqamətdə regional səylərin əlaqələndirilməsi üzrə fəaliyyət göstərəcək”, – deyə nazir müavini əlavə edib.“Regionda mövcud iqtisadi imkanların araşdırılması və diqqət mərkəzinə gətirilməsi baxımından İƏT ölkələrinin beyin mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür. Beyin mərkəzləri rəqəmsal, yaşıl və bilik əsaslı iqtisadiyyata keçidi sürətləndirmək üçün innovativ həllər və yanaşmaları müəyyən edir, yeni nəsil iqtisadiyyata keçidin qlobal miqyasda sürətlənməsinə töhfə verirlər. Ona görə də elmi-tədqiqatlara, elmtutumlu məhsulların istehsalına birgə investisiyaların yatırılması, bu sahədə tədqiqat mərkəzlərinin, universitet-dövlət-sənaye müəssisələrinin əməkdaşlığı vacibdir. İƏT ölkələrində dayanıqlı iqtisadi artım üzrə prioritet sahələr əməkdaşlıqda önə çəkilməlidir. Analitik mərkəzlər, akademik institutlar və təşkilatlar daha dayanıqlı gələcək üçün siyasət, strategiya və proqramların hazırlanmasında birgə fəaliyyət göstərməlidirlər”, – deyə S.Bəşirli vurğulayıb.“İƏT ölkələri üçün dayanıqlı və bilik əsaslı iqtisadi modellərə keçidi sürətləndirən həlləri müzakirə etmək məqsədilə İƏT-in Beyin Mərkəzləri Forumu səmərəli platforma kimi çıxış edir. İnanıram ki, bu gün Forumda çıxış və müzakirələr, səsləndiriləcək təklif və ideyalar yeni nəsil iqtisadiyyata keçid üzrə birgə fəaliyyətə töhfə verəcək”, – deyə o sözünü yekunlaşdırıb.

Əvvəlki Yazı

Şəhid anası: Bütün xəstəxanaları, hər yeri axtardıq, ancaq Tunarı tapa bilmədik

Növbəti Yazı

COP29 çərçivəsində 35 ölkədən gənclər Azərbaycana dəvət ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.